image-1backend

Küveytin “Əl-Cəridə” qəzeti: “ ABŞ böyük müharibəyə səbəb olmamaq üçün vasitəçilik edib”

image-reklam_sirab_01

İranın Ali Milli Təhlükəsizlik Şurasındakı yüksək vəzifəli mənbə “Əl-Cəridə” qəzetinə bildirib ki, ABŞ-nin təhlükəsizlik üzrə nümayəndə heyəti Omanın vasitəçiliyi ilə İrana səfər edib və İsrail baş nazirinin Benyamin Netanyahu planlaşdırdığı böyük müharibədən qaçmaq üçün Tehrana sakit və xəbərdarlıq mesajı çatdırıb.

Vətəninfo.az xəbər verir ki, qəzetin yazdığına görə, gizlicə Ankaradan İrana yollanan ABŞ rəsmiləri müharibə olarsa, İsrailə dəstək verəcəklərini, ancaq böyük bir müharibə istəmədiklərini bildiriblər. Onlar əlavə ediblər ki, Netanyahu böyük bir regional müharibə ilə İranı məhv etmək istəyir və o, artıq onların idarəliyindən çıxıb.
Qeyd olunub ki, rəsmilər ABŞ-nin HƏMAS liderinin öldürülməsindən xəbərdar olmadığını İrana inandırmaq və xoşməramlı jest olaraq, İranın daxilində olan 10 “Mossad” casusunun adını veriblər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki