Laçında keçirilən 2025-ci il mayın 28-dəki Azərbaycan-Türkiyə-Pakistan Zirvə görüşü təkcə diplomatik hadisə deyil, həm də azad olunmuş torpaqlarda qardaşlığın və birliyin simvoludur. Laçında baş tutan Azərbaycan-Türkiyə-Pakistan Zirvə görüşü təkcə bir diplomatik tədbir deyildi – bu, Qarabağın bağrında azadlığın səsi, qardaşlığın zirvəsi, gələcəyin işığı idi. İllərlə əsarətdə qalmış torpaqlar bu dəfə üç dövlətin həmrəyliyi ilə nəfəs aldı. Həmin gün Laçın təkcə coğrafi yox, mənəvi yüksəklik oldu – tarix boyu bir yerdə olan xalqların, ortaq tale və ümumi arzuların təntənəsiydi bu görüş. Bu görüşdə ölkələrimiz ortaq tarix, mədəniyyət və dəyərlər üzərində möhkəm bağlarını bir daha göstərdi.
44 günlük Vətən müharibəsində Türkiyə və Pakistanın siyasi-mənəvi dəstəyi unudulmazdır. Zirvə təhlükəsizlik, enerji, nəqliyyat və humanitar sahələrdə əməkdaşlığı inkişaf etdirməyə yönəlib. Azərbaycan, Türkiyə və Pakistan güclü iqtisadi əlaqələr qurur, Azərbaycan Türkiyə və Pakistan iqtisadiyyatına milyardlarla dollar sərmayə yatırmağa hazırdır.
Birgə hərbi təlimlər və yeni texnologiyalarla əməkdaşlıq bölgədə sülh və sabitliyi möhkəmləndirir. Təxminən 350 milyon insan və 1,5 trilyon dollar iqtisadi güc bu üçlüyün dayağıdır. Laçın Hava Limanı kimi strateji layihələr regionun dünya ilə əlaqəsini artırır.
Pakistan və Hindistan arasında atəşkəs dəstəklənir, davamlı sülh arzulanır. Üç ölkə terrorla mübarizə, təhlükəsizlik və inkişafda həmrəydir. Bu Zirvə görüşü dostluğun, əməkdaşlığın və gələcəyin uğurla qurulmasının göstəricisidir.
Azərbaycanın dağlarında əks-səda verən bu Zirvə, üç qardaş – Azərbaycan, Türkiyə və Pakistanın bir yumruq kimi dünyaya “biz burdayıq!” deyə öz gücünü və birliyini nümayiş etdirdiyi an oldu.
Əfsanə İbrahimova
Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyasının II KURS TƏLƏBƏSİ