image-reklam-veteninfo
image-1backend

Laricani  ABŞ-ni məsuliyyətsiz hərbi siyasətdə ittiham edib

image-reklam-veteninfo

Vətəninfo.az xəbər verir ki, İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani dövlət televiziyasına müsahibəsində ABŞ-nin Yaxın Şərqdəki hərbi siyasətini tənqid edib.

O bildirib ki, hərbi müdaxilələr Amerikanın özünə də baha başa gəlir: “Əgər Amerika xalqı hər gün dəfn mərasimlərinin keçirilməsini istəyirsə, müxtəlif ölkələrə hücum etsin. Bir ölkəni bombalamaqla ala bilməzsən”.

Suriyadakı vəziyyətə toxunan Laricani qeyd edib ki, mövcud durum uzun sürməyəcək: “Suriyanın müsəlman xalqı var və onlar bu vəziyyətin yükü altında qalmayacaqlar”.

O, habelə, ABŞ prezidenti Donald Trampın Əfqanıstanla bağlı açıqlamasına münasibət bildirib: “Tramp Baqram hərbi bazasını almalı olduqlarını söylədi, Taliban isə cavab olaraq bir qarış torpaq belə verməyəcəklərini bildirdi”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki