image-image_750x_64d333a724bb3backend

Latviya Rusiya və Belarusla sərhəddi gücləndirir

image-reklam_sirab_01

Avqustun 11-dən Latviya Rusiya və Belarusla həmsərhəd olan bir sıra rayonların inzibati ərazilərində sərhəd təhlükəsizliyi rejimini gücləndirəcək. Vətəninfo.az xəbər verir ki, bu barədə “Meduza” Latviya hökumətinin qərarı ilə bağlı məlumat yayıb.

Qərar dövlət sərhəd mühafizə xidmətinin hərbi və dövlət polis əməkdaşlarının dəstəyi ilə Latviya-Belarus sərhədində nəzarəti gücləndirməsini nəzərdə tutur.

“Dövlət sərhədinin bütövlüyünü təmin etmək və dövlət təhlükəsinin qarşısını almaq məqsədilə Latviya-Belarus sərhədini qeyri-qanuni şəkildə keçmək cəhdlərinin qeyri-proporsional çoxluğunu nəzərə alaraq əmr verilib”, – Latviya hakimiyyəti izah edib.

Həmin ölkənin Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Litva və Polşadan Belarus ərazisindən sərhədin qanunsuz keçməsi halları barədə məlumat daxil olur.

Latviya hakimiyyətinin məlumatına görə, 2021-ci il avqustun 11-dən etibarən 14 min insan ölkə sərhədini qanunsuz keçməyə cəhd edib.

Eyni zamanda, 2023-cü ilin yanvar ayından humanitar səbəblərdən 282 nəfər, o cümlədən 117 uşaq Latviyaya daxil olub.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki