image-1backend

Latviya Şenqen vizası ilə bağlı qərarı ağırlaşdırdı

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, Azərbaycan vətəndaşlarının şenqen vizası alması çətinləşib.
Buna səbəb Latviya seyminin bununla bağlı qəbul etdiyi qərardı. Latviya mediası xəbər verir ki, ölkə parlamenti bir sıra ölkələri,o cümlədən Azərbaycanı da bu siyahıya daxil edib.
Qeyd edək ki, Azərbaycan vətəndaşları Avropaya səfər edən zaman daha çox Latviya Respublikasının Azərbaycandakı səfirliyi vasitəsi ilə şenqen vizası əldə edirdilər və Latviya üzərindən Avropaya səfər edirdilər.

Məlumata görə, Latviya üzərindən şenqen vizası alanlar, yalnız Avropa ölkəsi kimi Latviyaya səfər edə biləcəklər. Bununla yanaşı eyni zamanda Latviyaya səfər edən şəxs viza almaq üçün müraciət etdikdə, Azərbaycanda bankda küllü miqdarda, təqribən 10 min ABŞ dolları həcmində pul vəsaitinin olduğunu, eyni zamanda daşınmaz əmlaklarının olduğunu da göstərməlidir.
Latviya mediyası yazır ki, seymin belə bir qərar qəbul etməsinin səbəbi, ölkəyə miqrant axının qarşısını almaqdı.

Vətəninfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image