Vətəninfo.az xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov ölkəsinin nüvə silahından istifadə ilə bağlı doktrinasının müəyyən edildiyini bildirib və deyib:
“Amerika rəsmiləri də bunu bilirlər. Bu, odla oynamaq kimi bir şeydir. Onlar (amerikalılar) kiçik uşaqlar kimi şamla oynayırlar”.
Sergey Lavrov paytaxt Moskvada Rusiyaya səfər edən Yəmənin xarici işlər naziri Şai Muhsin Zindani ilə keçirdiyi görüşdən sonra təşkil edilən mətbuat konfransında çıxış edib.
Rusiyanın nüvə silahından istifadə ilə bağlı doktrinası olduğunu qeyd edən Sergey Lavrov deyib:”Doktrinamız müəyyənləşdirilir. Amerika rəsmiləri də bunu bilirlər. Bu, odla oynamaq kimi bir şeydir. Onlar (amerikalılar) balaca uşaqlar kimi şamla oynayırlar”.
Rusiyanın maraqlarına uyğun olaraq Ukrayna ilə bağlı məqsədlərinə mail olacaqlarını bildirən Sergey Lavrov ultimatum olmadan Ukrayna ilə danışıqlar masasına otura biləcəklərini bildirib.