image-5backend

Leninin məzarını yandırmağa cəhd etdilər

image-reklam_sirab_01

Ötən gecə Moskvada bir vətəndaş Leninin məzarını yandırmağa cəhd edib. Vətəninfo.az xəbər verir ki, bu barədə Rusiyanın Telegram kanalları məlumat yayıb.

Bildirilir ki, 37 yaşlı Konstantin adlı şəxs gecə saat 22:00 radələrində məqbərəyə yaxınlaşaraq ona “Molotov kokteyli” atıb.

O, həbs edilib, “polis əməkdaşının qanuni tələbinə tabe olmamaq” maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilib.

Qeyd olunur ki, vətəndaş hazırda polis nəzarətindədir, hərəkətlərin motivləri dəqiqləşdirilir.

Məqbərənin özünə heç bir ziyan dəymədiyi bildirilir.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki