image-img-20241230-wa0013backend

Lənkəran Gənclər evində “Healthy Life: Sağlam həyat tərzi forumu” keçirilib

image-reklam_sirab_01

07 dekabr tarixində Lənkəran Gənclər evində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən gənclər təşkilatlarının fəaliyyətlərinin dəstəklənməsi məqsədilə 2024-cü il üzrə elan edilmiş qrant müsabiqəsinin qalibi olan “Healthy Life: Sağlam həyat tərzi forumu” həyata keçirilib. Forumun açılış mərasimində Azərbaycan Dövlət Himnini səsləndirilib və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Layihə və Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri Məhsəti Hüseynova forumun mahiyyətini vurğulayaraq sağlam həyat tərzinin önəmini qeyd edib. “Bu kimi tədbirlər, gənclərimizin sağlam həyat tərzi ilə bağlı bilik və bacarıqlarını artırmağa, onların öz həyatlarında daha sağlam seçimlər etməsinə kömək edir,” deyə bildirib.
Gənclərin Töhfəsi İctimai Birliyinin sədri Asim Vəliyev çıxışında sağlam həyat tərzinin fiziki və zehni sağlamlığa təsirlərini vurğulayıb. “Bu forum, gənclərimizə sağlam həyat tərzinə dair bilikləri qazandırmaq və onların bu sahədəki marağını artırmaq üçün əla bir fürsətdir,” ifadəsini səsləndirdi.
ADALİA şirkətinin rəhbəri, ailə eksperti Dilşad Musa çıxış edərək “Gənclərimizin sağlamlıq biliklərini artırmaq və onları sağlam həyat tərzi seçimləri etməyə təşviq etmək cəmiyyətimiz üçün böyük töhfədir,” deyə bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image