image-8888backend

Liderlərin Moskvadakı paradda iştirakı əxlaqsız addımdır – Ukrayna XİN

image-reklam_sirab_01

Ukrayna Xarici İşlər Nazirliyi Ermənistan, Qazaxıstan, Belarus, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan liderlərinin mayın 9-da keçirilən parad üçün Moskvaya səfərini Ukraynaya qarşı qeyri-dost addım və Ukrayna xalqına hörmətsizlik adlandırıb.

Ukrayna XİN bu barədə bəyanat yayıb.

“Biz bu xarici dövlətlərin rəhbərlərinin Avropada İkinci Dünya müharibəsindən bəri görünməmiş miqyasda müharibəyə başlaması ilə öyünən hərbi cinayətkarla birgə ictimai tədbirdə iştirakını Ukraynaya qarşı əxlaqsız və dostcasına addım kimi qiymətləndiririk. Bu, həyatı və azadlığı uğrunda mübarizə aparan Ukrayna xalqına hörmətsizlikdir”, – bəyanatda deyilir.

Qeyd edək ki, bu gün Moskvada 9 Mayla bağlı keçirilən parada Qazaxıstan, Belarus, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan prezidentləri və Ermənistanın baş naziri qatılmışdı.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki