image-reklam-veteninfo
image-whatsapp-sekil-2025-10-13-saat-16-30-30_24c1d881backend

“Liderliyin psixoloji xüsusiyyətləri” mövzusunda təlim keçirilib

image-reklam-veteninfo

Gənclər və İdman Nazirliyinin və Sabunçu Gənclər Evinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Liderlik Məktəbi 2025” layihəsi çərçivəsində növbəti təlim uğurla baş tutub.

Layihənin əsas məqsədi gənclərdə liderlik bacarıqlarını inkişaf etdirmək, onlarda sosial məsuliyyət, özünəinam və təşəbbüskarlıq keyfiyyətlərini gücləndirməkdir.
Tədbirdə “Ahəng Psixoloji İnkişaf və Dəstək” İctimai Birliyinin sədri, psixoloq Vüsalə Əmiraslanova spiker qismində çıxış edərək “Liderliyin psixoloji xüsusiyyətləri” mövzusunda təlim təqdim edib.
Vüsalə xanım çıxışında liderliyin əsas psixoloji komponentlərindən – emosional intellekt, məsuliyyətli qərarvermə, stressin idarə olunması və komanda ruhunun formalaşdırılması kimi məqamlardan danışıb. O, qeyd edib ki, “həqiqi liderlik başqalarına təsir göstərmək deyil, onların öz gücünü kəşf etməsinə ilham verməkdir.”
Təlim gənclər tərəfindən böyük maraqla qarşılanıb və interaktiv müzakirələrlə müşayiət olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki