image-reklam-veteninfo
image-0717-lionel-messi-ledebackend

Lionel Messi 2026-cı ilin ən yaxşı futbolçusu seçilib

image-reklam-veteninfo

Argentina millisinin və dünya futbolunun ulduzu Lionel Messi 2026-cı ilin ən yaxşı futbolçusu adına layiq görülüb.

Vətəninfo.az xəbər verir ki, bu barədə Kanadanın “Vantix Magazine” jurnalının rəsmi saytında məlumat dərc olunub.

Messi bu ada nəşrin təsis etdiyi “Honours 2026” mükafatlandırma mərasimi çərçivəsində layiq görülüb.

Qeyd edək ki, Lionel Messi oktyabr ayında Argentina milli komandası ilə vidalaşdığını açıqlayıb. O, milli komandanın heyətində dünya çempionu, Olimpiya çempionu və ikiqat Amerika Kubokunun qalibi olub.

Bundan əlavə, argentinalı futbolçu karyerası ərzində səkkiz dəfə “Qızıl top” mükafatına layiq görülərək bu göstərici üzrə rekord müəyyənləşdirib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki