image-reklam-veteninfo
image-1backend

Lissabonda turistlərlə dolu funikulyor vaqonu aşıb- FOTO

image-reklam-veteninfo

Portuqaliyanın paytaxtı Lissabonda turistlər arasında məşhur olan “Gloria” funikulyorunun vaqonu relsdən çıxıb.

“CNN Portuqaliya”nın məlumatına görə, azı 15 nəfər həlak olub, 18 nəfər yaralanıb, onlardan 5-i ağırdır. Zərərçəkənlərdən biri üç yaşlı uşaqdır, vəziyyəti qənaətbəxş qiymətləndirilir. Ölənlərin cəsədləri dağıntılar altından çıxarılıb.

Ölən və yaralananların vətəndaşlığı hələlik açıqlanmasa da, onların arasında əcnəbilərin də olduğu məlum olub.

Bəzi məlumatlara görə, qəzaya səbəb dartma kabelinin qırılması və ya zəifləməsi ola bilər.

Hadisə şahidlərinin sözlərinə görə, sıldırım küçə ilə tam sürətlə irəliləyən funikulyor vaqon dəhşətli qüvvə ilə binaya çırpıldı və kart evi kimi uçdu.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki