image-1backend

Litva Rusiya və Belarusla bir sıra ikitərəfli sazişləri pozmaq niyyətindədir

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, Litva Rusiya və Belarusla bir neçə ikitərəfli sazişləri ləğv etmək, onları çoxtərəfli sazişlərlə əvəz etmək niyyətindədir. LRT agentliyinin məlumatına görə, ölkə hökuməti dörd müqavilənin ləğvi ilə bağlı qərarını çərşənbə günü verəcək, digər təkliflər isə hələ də müzakirə olunur.

Ehtimallara görə, Litva Rusiya və Belarus hökumətləri ilə sərmayələrin təşviqi və qorunması, eləcə də ticarət-iqtisadi əlaqələr haqqında sazişləri pozacaq.

Litvanın Ədliyyə Nazirliyi mülki, ailə və cinayət işlərində Rusiya ilə hüquqi yardım və hüquqi əlaqələr haqqında sazişin ləğvi təklifi hazırlayıb . Ölkənin Maliyyə Nazirliyi də öz növbəsində gəlirlərin və kapitalın ikiqat vergiyə cəlb edilməsinin qarşısını almaq, habelə Rusiya ilə vergi pozuntularının qarşısını alan müqavilələrin ləğvi ilə bağlı təklif hazırlayıb.

2023-cü ildə Litvanın Daxili İşlər Nazirliyi də müvafiq idarə ilə əməkdaşlıq haqqında Belarusla 1993-cü ildə bağlanmış müqaviləni pozub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki