Vətəninfo.az xəbər verir ki, dünən Livanın xarici işlər naziri Yusif Raci İranın ali rəhbərinin müşaviri Əli Əkbər Vilayətinin son açıqlamalarına sərt reaksiya verib. Vilayəti “Hizbullahın varlığı Livan üçün çörəkdən daha vacibdir” deyib.
Nazir X hesabında paylaşım edərək bildirib ki, Livanın suverenliyi, azadlığı və daxili qərarlarının müstəqilliyi ölkə xalqı üçün yemək və sudan daha önəmlidir. O, bu bəyanatı ilə İranın Livanın daxili işlərinə qarışdığını vurğulayıb.
Paylaşımında İranın xarici işlər naziri Abbas Əraqçıya cavab verən Raci qeyd edib ki, Vilayətinin açıqlaması Tehran rəsmilərinin müdaxilə olmadığını iddia edən sözləri ilə ziddiyyət təşkil edir.
Livan rəsmisinin sözlərinə görə, ölkə üçün prioritet Hizbullah deyil, dövlətin suverenliyinin qorunmasıdır.


























