image-1backend

Livan  İsraili VURDU

image-reklam_sirab_01

İsrail Müdafiə Qüvvələri (IDF) Livan tərəfindən İsrail ərazisi istiqamətində 30-a yaxın mərmi atıldığını açıqlayıb. Vətəninfo.az xəbər verir ki , IPB bu barədə Telegram-da məlumat yayıb və əlavə edib ki, buraxılış mənbələri istiqamətində zərbələr endirilir.

“Livandan Kəbri bölgəsinə doğru atılan 30-a yaxın mərmi tapılıb. onların bəziləri açıq əraziyə düşüb”, – məlumatda deyilir.

Zərərçəkənlər barədə məlumat daxil olmayıb.

Avqustun 11-də “The Times of Israel” qəzeti İsrail Müdafiə Qüvvələrinin keçən həftə Livanda döyüşləri simulyasiya edən müntəzəm hərbi təlimlər keçirdiyini yazıb.

Beyrutda “Hizbullah”ın hərbi qanadının komandirlərindən biri Fuad Şükrün öldürülməsindən sonra İsrail-Livan sərhədində vəziyyət daha da gərginləşib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki