image-1backend

Livan İsrailin bir sıra ərazilərinə raket zərbələri endirib

image-reklam_sirab_01

İsrailin raket əleyhinə müdafiə qüvvələri Livanla sərhəd yaxınlığında ən azı iki raketi tutmağa müvəffəq olub.Vətəninfo.az xəbər verir ki, bu barədə Ynet saytı məlumat yayıb.

Qalileya dənizinin qərb sahilində yerləşən Tiberiya şəhərində hava hücumu xəbərdarlığı edilib. Zərərçəkənlər barədə məlumat yoxdur.

Bundan əlavə, İsrail Müdafiə Qüvvələrinin nümayəndəsi bildirib ki, Tiberiya bölgəsində pilotsuz uçuş aparatı ələ keçirilib.

Dünən Livanda peycerlərdə güclü partlayış baş verib. Nəticədə azı 4000 nəfər yaralanıb, 11 nəfəri, o cümlədən 8 yaşlı uşaq və Hizbullah liderlərindən birinin oğlunu xilas etmək mümkün olmayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki