image-1backend

Livan İsrailin şəhərlərinə raket zərbələri endirdi

image-reklam_sirab_01

İsrailin bir sıra şimal bölgələri Livanın cənubu tərəfindən atəşə tutulub.Vətəninfo.az xəbər verir ki,  bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Yuxarı Qaliley istiqamətində 20-yə yaxın mərmi atılıb, onlardan bəziləri məhv edilib. Mərmilərdən biri Tel Hay kəndi yaxınlığında düşüb. Mərminin düşdüyü yerdə yanğın baş verib, onu söndürməyə yanğınsöndürənlər gəlib. Ölən və yaralananlar barədə məlumat yoxdur.

Bundan əlavə, gecə ərzində İsrailin Hermon dağına 10-a yaxın mərmi atılıb. Onlar yaşayış olmayan əraziyə düşüblər, itki yoxdur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki