Bir sıra xarici aviaşirkətlər İsrail Hərbi Hava Qüvvələrinin hücumları qorxusundan Beyrutun beynəlxalq hava limanına uçuşları dayandırıb.
Xarici KİV xəbər verir ki, bu barədə Livanın xarici işlər naziri vəzifəsini icra edən Abdullah Həbib məlumat verib.
Bundan əvvəl Livanın milli aviaşirkəti “Middle East Airlines” iyulun 28-i axşamdan 29-u səhərədək Avropa və Yaxın Şərqdən Beyruta gecə reyslərini təxirə saldığını bildirib. Livanın aviadaşıyıcısı saytında təxirə salınmanın səbəblərini açıqlamayıb. Şirkətin bildirişində London, Kopenhagen, Dammam, Ciddə, Doha və Dubaydan olan reyslərdə sərnişinlərə bir dəfə pulsuz olaraq bronlarını dəyişməyə icazə verildiyi qeyd olunub.