image-1backend

Livanın Baş naziri Mikati: İran bizim işlərimizə qarışmasın

image-reklam_sirab_01

Livanın Baş naziri İrandan ölkənin işlərinə qarışmamağı xahiş edib.

Nəcib Mikati İran parlamentinin sədri Qalibafın Tehranın Livanda atəşkəslə bağlı Fransa ilə danışıqlara hazır olması barədə “Le Fiqaro” qəzetində çıxan bəyanatlarından sonra İranın müvəqqəti işlər vəkilini çağırıb. Mikati, “Livan işlərinə müdaxiləni və Livan üzərində qəbuledilməz qəyyumluq yaratmaq cəhdini təmsil edən bu mövqeyə təəccüblənirik” deyib.

“BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinin yerinə yetirilməsi ilə bağlı danışıqların mövzusu Livan dövləti tərəfindən götürülüb və hamı onu dəstəkləməyə borcludur, yeni mandatların tətbiqinə cəhd etməməlidir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki