image-1backend

Livanın törətmək istədiyi terror aktının qarşısı alındı

image-reklam_sirab_01

İsrail ABŞ-ı Livanda gözlənilən terrorla bağlı məlumatlandırıb. Vətəninfo.az xəbər verir ki, bu barədə  CNN məlumat yayıb.

Nəşrin öz mənbələrinə istinadən yazdığı kimi, əməliyyat sentyabrın 17-də səhər ABŞ-ın müdafiə naziri Lloyd Ostin ilə israilli həmkarı Yoav Qalant arasında telefon danışığı zamanı müzakirə edilib, lakin Amerika tərəfinin partlayış planından xəbəri olmayıb. .

Partlayışlar çərşənbə axşamı ABŞ dövlət katibi Entoni Blinken Vaşinqtondan Qahirəyə uçarkən baş verib.

“Bu, Blinkenin Yaxın Şərqə səfəri zamanı İsrailin təxribat xarakterli hərəkətləri ilk dəfə deyil. Lakin məhz bu hərəkət ABŞ-ın uzun müddətdir ki, qarşısını almağa çalışdığı regional eskalasiya ilə bağlı narahatlıqları artırdı”, – məqalədə deyilir.

Xatırladaq ki, Livanda peycer partlayışları nəticəsində son məlumatlara görə, İranın Livandakı səfiri də daxil olmaqla 20 nəfər ölüb, minlərlə insan yaralanıb. İran və Livan hadisəni terror hesab edir və İsrailin buna görə məsuliyyət daşıdığını bildirir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki