İngiltərə Liqa Kubokunun 1/8 final mərhələsində “Liverpul” doğma meydanda Londonun “Çelsi” klubunu qəbul edib.
Gərgin keçən qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Penaltilər seriyasında isə “Liverpul” rəqibinə 6:5 hesabı ilə qalib gələrək turnirin 1/4 finalına vəsiqə qazanıb.
İngiltərə Liqa Kuboku, 1/8 final
“Liverpul” – “Çelsi” – 1:1 (penaltilər seriyası – 6:5)
Qollar: Kodi Qakpo, 43-cü dəqiqə (penalti) – Morqan Rocers, 40-cı dəqiqə (penalti).


























