Vətəninfo.az Əl-Cəzirə telekanalına istinadən xəbər verir ki, Liviyada daşqınlar nəticəsində itkin düşənlərin sayı 7 minə çatıb.
Telekanal Benqazidəki Liviya Qızıl Aypara Cəmiyyətinə istinad edib, onun məlumatlarına görə, Derna şəhərində (Kirenaika bölgəsi) köçkün ailələrin sayı 20 minə çatıb, itkin düşənlərin sayı isə 7 minə yaxındır.
Sentyabrın 10-da Liviyanın şimal-şərqinə “Daniel” siklonu düşüb və nəticədə Aralıq dənizi sahillərində yerləşən şəhərlərdə fırtınalı küləklər və ildırımla müşayiət olunan leysan yağışları başlayıb. Yaşayış evləri, xəstəxanalar və digər mühüm mülki obyektlər su altında qalıb. İki bəndin dağıldığı Derna şəhəri ciddi zərər çəkib, vəziyyət fəlakətlidir. Liviya hakimiyyəti üç günlük milli matəm elan edib.


























