image-reklam-veteninfo
image-3backend

Liviyada qarşıdurmalar nəticəsində 27 nəfər öldü

image-reklam-veteninfo

Liviyanın paytaxtı Tripolidə iki gün davam edən qarşıdurmalarda 27 nəfər ölüb, 106 nəfər yaralanıb.
Vətəninfo.az xəbər verir ki, dövlətə tabe olan İlkin Yardım və Dəstək Mərkəzindən verilən açıqlamada Tripolidə dünən başlayan qarşıdurmalarda ölən və yaralananlarla bağlı məlumat verilib.
İki gündür davam edən qarşıdurmalarda 27 nəfərin həyatını itirdiyi, 106 nəfərin yaralandığı bildirilib. Ölənlərin kimliyi ilə bağlı məlumat verilməyib.
Qeyd edək ki, avqustun 15-də Tripolinin bəzi bölgələrində Prezident Şurasına tabe olan Cinayət və Terrorla Mübarizə İdarəsi “Rada” ilə Liviya Milli Birlik Hökumətinə tabe olan “444 Briqada” arasında toqquşmalar baş verib.
Liviya rəsmiləri bu gün paytaxtın cənubunda və Ayn Zara bölgələrində qarşıdurmaların davam etdiyini açıqlayıb. Toqquşmaların səbəbi ilə bağlı rəsmi açıqlama verilməyib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki