Liviyanın şərq hissəsində fəaliyyət göstərən hökumət neft hasilatını və onun nəzarəti altında olan ərazidən ixracını tamamilə dayandırdığını elan edib.
Vətəninfo.az xəbər verir ki , bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.Hökumətin bəyanatına görə, “fors-major” bütün mədənlərə, terminallara və neft infrastrukturu obyektlərinə aiddir.Bu açıqlamadan sonra Brent markalı neftin qiyməti 3% bahalaşaraq, bir barel üçün 81 dolları keçib.İstehsalın dayandırılması qərarı Liviyanın qərbində hakim, beynəlxalq səviyyədə tanınan hökumətlə qarşıdurma fonunda qəbul edilib. Mübahisə Liviya Mərkəzi Bankının rəhbərliyinə aiddir. Bundan əvvəl Qərb hökuməti postunu tərk etməkdən imtina edən Mərkəzi Bankın rəhbəri Sadiq əl-Kəbirin istefa verdiyini açıqlamışdı.İyulda Liviya gündə təxminən 1,15 milyon barel neft hasil edib. Gündə təxminən 270 000 barel hasil edən ölkənin ən böyük yatağı olan Şərarada hasilat o vaxtdan dayandırılıb. Şərqi Liviyada ölkənin neft ehtiyatlarının əsas hissəsi və dörd ixrac terminalı yerləşir.