image-reklam-veteninfo
image-imagesbackend

Lixtenşteyn millisinin baş məşqçisi: “Azərbaycanla oyundakı nəticəni ona görə belə qeyd etdik”

image-reklam-veteninfo

Lixtenşteyn millisinin baş məşqçisi Konrad Fünfstück Azərbaycan yığması ilə oyundan sonra qələbəni böyük coşqu ilə qeyd etmələrinin səbəbini açıqlayıb.

Vətəninfo.az xəbər verir ki, baş məşqçi komandasının oyunöncəsi favorit olmadığını vurğulayaraq, futbolçularının əksəriyyətinin yalnız futboldan qazandığı gəlirlə dolanmadığını bildirib.

Fünfstück qeyd edib ki, 40 minə yaxın əhalisi olan ölkənin milli komandası üçün belə nəticə xüsusi əhəmiyyət daşıyır:

“40 min əhalisi olan ölkə üçün biz oyundan əvvəl favorit deyildik. Futbolçularımızın çox az hissəsi yalnız futboldan qazandığı maaşla dolanır. Onlar başqa sahələrdə də çalışaraq gəlir əldə edirlər”.

Baş məşqçinin sözlərinə görə, komanda Azərbaycanla qarşılaşmaya ciddi hazırlaşıb və əldə olunan nəticə futbolçular üçün böyük sevinc mənbəyi olub.

“Bu oyuna yaxşı hazırlaşmışdıq. Azərbaycan millisinin heyətinin dəyəri 20 milyon avrodur. Bu gün belə nəticə əldə etməyimiz bizi çox sevindirdi. Ona görə də bunu böyük coşqu ilə qeyd etdik”, – deyə Fünfstück bildirib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki