Pentaqonun rəhbəri Lloyd Ostin Fələstinin HƏMAS hərəkatının siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsi ilə bağlı şərh verməkdən imtina edib, lakin qeyd edib ki, Vaşinqton Yaxın Şərq regionunda genişmiqyaslı münaqişənin qarşısını almaq üçün hər şeyi edəcək.
Vətəninfo.az xəbər verir ki, Ostin bu barədə Filippində jurnalistlərlə görüşü zamanı bildirib.“Mən düşünmürəm ki, müharibə (Yaxın Şərqdə) qaçılmazdır. Mənim fikrimcə, diplomatiya üçün hər zaman yer və fürsət var, Ostin bildirib. – İsrailin şimal sərhəddində gördüklərimiz uzun müddətdir ki, bizim narahatlığımıza səbəb olur…. Biz regionda münaqişənin miqyasının qarşısını almaq üçün mümkün olan hər şeyi edəcəyik”, – deyə o bildirib.


























