Londonun mərkəzində güclü yanğın baş verib. Tüstü buludu bir neçə kilometr uzaqda görünür. Ehtiyat tədbiri olaraq yanğına yaxın binalardan 1200-ə yaxın insan təxliyə edilib. Bu barədə Vətəninfo.az London Yanğından Mühafizə Xidmətinin bəyanatına istinadən xəbər verir .
Yanğın 11 mərtəbəli inzibati binada baş verib. 10-cu mərtəbədə bitkilər olan otaq dağıdılıb.
Yanğının söndürülməsinə 40-a yaxın yanğınsöndürən və 6 yanğınsöndürən cəlb olunub. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Yanğının səbəbi hələlik məlum deyil.