image-1backend

“Lufthansa” bir sıra ölkələrə uçuşları  ləğvi etdi

image-reklam_sirab_01

Almaniya hava yolu şirkəti “Lufthansa” Yaxın Şərqdə artan gərginliyə görə İran və İraq da daxil olmaqla bir sıra ölkələr üçün uçuşun ləğvi qərarlarını uzatdı.

Vətəninfo.az xəbər verir ki, “Lufthansa”dan verilən açıqlamada yazılır: “Yaxın Şərqdəki hadisələrdən sonra edilən təhlükəsizlik təhlili çərçivəsində bu bölgə üçün xidmətlərdə dəyişikliklər edildi. Şirkətin 13 avqustdakılar da daxil olmaqla, Tel-Əviv, Tehran, Beyrut, Əmman və Ərbilə bütün reysləri bölgədə artan gərginliyə görə ləğv olunub. Bilet almış sərnişinlərə pulsuz uçuş rezervasiya dəyişikliyi və ləğvi prosedurları təqdim edilib.

Xatırladaq ki, “Lufthansa” tərəfindən keçən həftə də oxşar qərar qəbul edilərək bölgəyə uçuşları ləğv olunmuşdu.

“Lufthansa” qrupuna həm də “Eurowings”, “Swiss”, “Austrian Airlines” və “Brussels Airlines” kimi şirkətlər daxildir.

Qeyd edək ki, ötən həftə İranın paytaxtı Tehranda Həmas Siyasi Bürosunun sədri İsmayıl Həniyənin öldürülməsindən sonra İranın İsrailə qarşı gözlənilən cavab tədbiri bölgədəki hava yolları şirkətlərinin uçuşlarına təsir edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki