image-reklam-veteninfo
image-1backend

Lukaşenko: Belarus bunu dəstəkləyir

image-reklam-veteninfo

Belarus Prezidenti Aleksandr Lukaşenko Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) yeni üzvlər və tərəfdaşlar hesabına genişlənməsini dəstəklədiyini bəyan edib. Vətəninfo.az xəbər verir ki, o, bu fikirləri ŞƏT Dövlət Başçılarının Şurasının iclasında səsləndirib.

“Yeni dövlətlərin təşkilata qoşulmaq istəyi tamamilə təbiidir. Minsk ŞƏT-in yeni üzvlər və tərəfdaşlar vasitəsilə genişlənməsini dəstəkləyir. ‘ŞƏT ruhu’ adlandırdığımız dəyərləri – qarşılıqlı hörmət və etimad, bərabərlik, dialoq və ortaq inkişafa can atma prinsiplərini qeyd-şərtsiz qəbul edən hər kəs təşkilata qoşula bilər”, – deyə Belarus lideri bildirib.

Prezident Lukaşenko əlavə edib ki, mövcud geosiyasi şərait və birtərəfli sanksiyaların yaratdığı qeyri-sabitlik fonunda müstəqil ŞƏT maliyyə mexanizminin yaradılmasına ciddi ehtiyac var.

“Belə bir maliyyə mexanizmi transsərhəd layihələrin maliyyələşdirilməsinə, sanksiya təzyiqlərinin neytrallaşdırılmasına, ticarətdə milli valyutalardan istifadənin stimullaşdırılmasına və əməkdaşlığın əsas sahələrinin – logistikadan və enerjidən tutmuş rəqəmsal transformasiya və süni intellektə qədər – inkişafına dəstək verə bilər”, – deyə Lukaşenko vurğulayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki