image-1backend

Lukaşenko müxalifəti əfv etməyə hazır olduğunu açıqlayıb

image-reklam_sirab_01

Belarus prezidenti Aleksandr Lukaşenko bəyan edib ki, o, dövlət başçısı kimi 2020-ci il müxalifət nümayişlərinin iştirakçılarını əfv etməyə hazırdır, lakin əvvəlcə xalq onları bağışlamalıdır. Bu barədə Vətəninfo.az “RİA Novosti”yə istinadən xəbər verir. 

“Biz artıq bir çox insanı cəmiyyətimizə qaytarmışıq, onların hamısı bizim nəzarətimizdədir. Biz insanları bağışlamağı bacarmalıyıq. Konstitusiyaya görə, mənim əfv etmək hüququm var, amma ilk növbədə xalq onları bağışlamalıdır. Müsbət qərar olarsa, fərmanı imzalayacağam”, – Lukaşenko bildirib.

Prezident eyni zamanda hər kəsin qanun çərçivəsində cavab verməli olduğunu vurğulayıb. Lukaşenko xatırladıb ki, ölkədə 2020-ci il hadisələrindən sonra Belarusu tərk edən və hazırda vətənlərinə qayıtmaq istəyən müxalifətçilərin ərizələrinə baxacaq komissiya var.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image