Vətəninfo.az xəbər verir ki, Belarus prezidenti Aleksandr Lukaşenko Donald Trampı ABŞ prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib.
“ Amerika Birləşmiş Ştatlarının Prezidenti vəzifəsinə qayıtmağınız münasibətilə sizi ürəkdən təbrik edirəm . Bu il görünməmiş mübarizə şəraitində keçən səsvermənin nəticələri sizin şəxsi şücaətinizin təcəssümü oldu. Siz əsl cəngavər olduğunuzu sübut etdiniz. Siz bunu ilk növbədə Amerika və onun vətəndaşları naminə etmisiniz . Sizə möhkəm cansağlığı, Amerikanı yenidən böyük bir ölkəyə çevirəcək ağıllı siyasi qərarlar arzulayıram”, – Lukaşenko təbrik edib.