image-1112583backend

Macarıstan parlamenti bu ölkənin NATO-ya qəbul qərarından imtina etdi

image-reklam_sirab_01

Macarıstan parlamenti İsveçin NATO-ya üzvlük sazişinin ratifikasiyası ilə bağlı hələlik qərar qəbul etməyib.

Vətəninfo.az “TASS”a istinadən verdiyi məlumata görə, bunu iyunun 5-də Budapeştdə iordaniyalı həmkarı Ayman əl-Əl-lə görüşdən sonra keçirilən mətbuat konfransında Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib.

“İsveç siyasətçiləri son illərdə Macarıstan və macar xalqı üçün ədalətsiz bəyanatlar verməsəydilər, parlament bu səsverməni daha asan həyata keçirərdi. Onun ünvanına belə bəyanatlar verildiyi üçün Macarıstan demokratiyasının keyfiyyəti və ümumilikdə onun mövcudluğu şübhə altına alınıb, ona görə də indi deputatlar ratifikasiya səsini nə vaxt gündəliyə salmağa hazır olacaqlarını düşünməkdə davam edirlər”, o qeyd edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki