Macarıstanın baş naziri Viktor Orban bildirib ki, Macarıstan Ukraynadakı müharibədə vətəndaşları həlak olan yeganə Aİ ölkəsidir.
Vətəninfo.az xəbər verir ki,o bu barədə İtaliyanın “Il Giornale” qəzetinə müsahibəsində bildirib.
“Macarıstan Ukrayna ilə həmsərhəddir, bu, sadəcə bizim sərhədimizdir. Ukraynada azlıqda olan Macarıstan vətəndaşları var ki, onlar Ukrayna ordusunun tərəfində döyüşür və həlak olurlar. Biz Ukraynada vətəndaşları ölən yeganə Aİ ölkəsiyik”, – Orban bildirib.
Eyni zamanda, Macarıstanın baş naziri Aİ-nin Ukrayna ilə bağlı strategiyasını yanlış hesab edib.