image-1backend

Madrid məhkəməsi İspaniya baş nazirinin həyat yoldaşını həbs edir

image-reklam_sirab_01

Madridin Ali Məhkəməsi baş nazir Pedro Sançesin həyat yoldaşı Beqoniya Qomesi yeni cinayətdə ittiham edib və bununla da ona qarşı işi genişləndirib. Bu barədə Vətəninfo.az “RİA Novosti”yə istinadən xəbər verir. 

“Hakim Juan Carlos Peinado Madrid Complutense Universitetinin magistratura proqramı üçün ayrılan pulu mənimsəmiş baş nazirin həyat yoldaşına qarşı yeni ittiham irəli sürüb”, – mesajda deyilir.

Bununla bağlı Qomez daha əvvəl ifadə verməyə çağırılıb. İspaniya məhkəməsi baş nazirin həyat yoldaşına qarşı ifrat sağçı Hazte Oir təşkilatının təqdim etdiyi işi qəbul edib.

Madridin Ali Məhkəməsi baş nazir Sançesin hakim Peinadoya qarşı iddiasını rədd edib. Məhkəmə baş nazirin Peindonu məhkəmədən sui-istifadədə ittiham etdiyi iddianı əsassız hesab edib. Sançesin şikayəti məhkəmənin baş nazirin tələb etdiyi kimi onun ifadəsini yazılı deyil, şəxsən qəbul etməsi ilə bağlı idi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki