image-2backend

Maduro:”Venesuela heç vaxt bu təşkilata qayıtmayacaq”

image-reklam_sirab_01

“Venesuela heç vaxt ləğv edilməli olan Amerika Dövlətləri Təşkilatına qayıtmayacaq”.- Vətəninfo.az xəbər verir ki,  bunu Venesuela prezidenti Nikolas Maduro deyib.

“Təşkilat 70 il ərzində Latın Amerikası və Karib hövzəsində, Çilidə, Braziliyada, Hondurasda, Paraqvayda, Boliviyada bütün hərbi müdaxilələri və çevrilişləri təsdiqləyib. Buna görə də biz bu təşkilatı tərk etdik və heç vaxt ona qayıtmayacağıq.

Amerika Dövlətləri Təşkilatının dəhşətli tarixi var və ona görə də bu gün heç bir şeyə – yoxa çıxmalı olan xarabalığa çevrilib.

Təşkilat “qorxulu sinizm və müdaxilə muzeyi” olmalıdır.

Qeyd edək ki, qərargahı Vaşinqtonda yerləşən Amerika Dövlətləri Təşkilatı 1948-ci ildə yaradılıb. 2017-ci ildə Venesuela təşkilatdan çıxdığını elan edib və 2 il sonra bu təşkilatın nizamnaməsinə uyğun olaraq üzvlüyündən çıxarılıb.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki