image-reklam-veteninfo
image-1backend

“Mahan Air” Türkiyə və  Omana uçuşları dayandırır 

image-reklam-veteninfo

İranın “Mahan Air” aviaşirkəti Türkiyə və Omanın paytaxtı Maskata uçuşlarını növbəti xəbərdarlığa qədər dayandıracağını açıqlayıb.

Vətəninfo.az xəbər verir ki, şirkətin 16 sentyabrda yayımladığı məlumatda bu qərarın Türkiyə və Omanın “Mahan Air”in uçuşlarının qarşısının alınması ilə bağlı açıqlamaları ilə əlaqədar qəbul edildiyi bildirilib.

Məlumata, Tehran-Maskat-Tehran reysləri 17 sentyabrdan, İran və Türkiyə arasındakı gediş-dönüş uçuşları isə 21 sentyabrdan ləğv ediləcək.

Şirkət Türkiyə ilə bağlı sirkulyarında Tehran-İstanbul və Tehran-Ankara marşrutları üzrə son uçuşların 20 sentyabrda həyata keçiriləcəyini açıqlayıb.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki