image-1backend

Makqreqor Nurməhəmmədovu dilənçi adlandırdı

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, Ultimate Döyüş Çempionatının (UFC) keçmiş çempionu Konor Makqreqor Rusiya Federal Vergi Xidmətinin Həbib Nurməhəmmədovun hesablarına həbs qoyması ilə bağlı yayılan məlumatlara cavab verib. “Dilənçi qaçır. Onu görün, pul üçün məşqlər göstərməyi təklif edin. Eşitdim ki, o, hazırda Dubayda küçə tualetlərinin birində yaşayır”, – Makqreqor yazıb.

Xatırladaq ki, Nurməhəmmədovun hesablarına həbs qoyulmasına səbəb onun 297 rubl borcunun olması olub. Hələ bundan əvvəl Nurməhəmmədova məxsus bir neçə şirkət rəsmi sənədlərdə etibarsız məlumatlar təqdim etdiyi üçün bağlanmışdı.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki