image-1112259backend

Makron: Avropa təhlükəsizlik məsələlərində ABŞ-dan asılı olmamalıdır

image-reklam_sirab_01

Fransa prezidenti Emmanuel Makron bəyan edib ki, Avropa təhlükəsizlik məsələlərində ABŞ-ın dəstəyinə arxalana bilməz və öz hərbi suverenliyini qurmalıdır.

Vətəninfo.az xəbər verir ki,  bunu Fransa prezidenti Bratislavada keçirilən Globsec təhlükəsizlik forumunun sessiyasındakı çıxışında deyib.

“Bu gün biz xoşbəxt olmalıyıq ki, ABŞ administrasiyası bizi dəstəkləyir və avropalılar qədər (Ukraynanı dəstəkləmək üçün) səy göstərib ki, bu da bizim ümumi nüfuzumuzu artırır. Bəs bu idarə həmişə belə olacaqmı? Bunu deyə bilmərik, kollektiv təhlükəsizliyimizlə bağlı məsələləri yaxın illərdə Amerika vətəndaşlarının seçiminə buraxa bilmərik”, – Makron bildirib.

O qeyd edib ki, söhbət NATO-nun “Fransa-Almaniya tərəfdaşlığı” ilə əvəzlənməsindən getmir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki