image-1backend

Makron Avropanı Rusiya ilə münasibətlərə yenidən baxmağa çağırıb

image-reklam_sirab_01

Müəyyən məqamda Avropa ölkələri Rusiya ilə münasibətlərinə yenidən baxmalıdırlar. Vətəninfo.az xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron Parisdə sülh məsələləri üzrə beynəlxalq konfrans zamanı bildirib .

Biz Avropanın siyasi icmasını inkişaf etdirməyə çalışırıq, lakin biz Avropanı təşkil etməyin yeni üsulu haqqında düşünməliyik, sonra isə orada sülh haqqında düşünərək Rusiya ilə əlaqələrimizi yenidən nəzərdən keçirməliyik”, – Makron bildirib.

Fransa prezidenti qeyd edib ki, Avropa təkcə Aİ və NATO ilə məhdudlaşmır. O, vurğulayıb ki, Avropa ölkələri də “yeni dünya nizamı”nın qurulmasına diqqət yetirməlidirlər, çünki İkinci Dünya Müharibəsi nəticəsində yaradılmış hazırkı nizam “qüsurlu və ədalətsizdir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki