Fransa prezidenti Emmanuel Makron avqustun 29-da Serbiyaya səfəri zamanı Telegram-ın qurucusu Pavel Durova Fransaya “hər hansı dəvət göndərilməsi” ilə bağlı məlumatı təkzib edib.
Bu barədə Vətəninfo.az-a Deutsche Welle-nin rus xidmətindən məlumat verilib.
“Ölkəmizdə hakimiyyət bölgüsü var. Onun gəlişindən ümumiyyətlə xəbərim yox idi. Bu normaldır. Dəvət göndərməyim doğru deyil”, – BFMTV Makronun sözlərindən sitat gətirib.Bundan əvvəl, avqustun 27-də satirik “Le Canard enchaîné” qəzeti yazıb ki, avqustun 24-də Parisin Le Burje hava limanında həbs olunarkən Pavel Durov Makronla şam yeməyinin gözlənildiyini açıqlayıb.Avqustun 29-da Belqradda keçirilən mətbuat konfransında Makron Durova Fransa vətəndaşlığının verilməsini “tamamilə məqbul” hesab etdiyini də vurğulayıb. Le Figaro-ya görə, Fransa prezidenti vətəndaşlıq qərarının “fransız dilini öyrənmək üçün səy göstərən” və “dünyada parlayan” “qadınlar və kişilər” üçün “tam qəbul edilmiş strategiyanın” bir hissəsi olduğunu söylədi.