image-image_750x_66853a982a1c2backend

Makron ən şansız adamdır: Fransızlar etimad göstərmir

image-reklam_sirab_01

Növbədənkənar parlament seçkilərinin ikinci turuna bir neçə gün qalmış Fransanın hazırkı prezidenti Emmanuel Makronun reytinqi yenidən yeni rekorda imza ataraq son üç ayın ən aşağı səviyyəsinə çatıb. Əksinə, baş nazirliyə ultrasağçı namizəd Jordan Bardelanın reytinqi artmaqda davam edir və ictimai etimadın yüksək indeksinə çatır, Vətəninfo.az xəbər verir ki, bu barədə Toluna Harris Interactive sorğu şirkətinin açıqladığı hesabatda bildirilir. Son bir ayda rəy sorğularına görə, Makronun reytinqi 6 faiz azalaraq 36 faizə çatıb.

Bu, onun mart ayından bəri ən aşağı reytinqidir. Hətta Makronun siyasi dayağı sayılan “Renessans” partiyasında onun etimad səviyyəsi 85 faiz təşkil edir ki, bu da bu ilin fevralından bəri ən aşağı göstəricidir. Fransanın baş naziri Qabriel Atalın reytinqi 43 faiz olub. “Milli Birlik” ultrasağ partiyasının lideri Jordan Bardelaya 40 faiz etimad var ki, bu da bir ayda 3 faiz artıb. Həmin partiyanın de-fakto lideri Marin Le Pen “Milli Birlik” çərçivəsində ən böyük dəstəyə malikdir, 93 faiz.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki