Fransa Prezidenti Emmanuel Makron Ukrayna lideri Vladimir Zelenski ilə görüş keçirdiyini bildirib. Vətəninfo.az xəbər verir ki, bu barədə dövlət başçısı sosial şəbəkə X hesabında məlumat yayıb.
“Sülh uğrunda iş davam edir”, – Makron paylaşımında qeyd edib və Zelenski ilə birgə fotosunu dərc edib.
Eyni zamanda, Fransanın Elysee Sarayının rəsmi hesabında bildirilib ki, Ukraynada sülhə nail olmaq istiqamətində fəaliyyət Cenevrədə aparılan müzakirələr, ABŞ-ın təqdim etdiyi plan və Avropa tərəfdaşları ilə sıx məsləhətləşmələr çərçivəsində davam etdirilir.
Qeyd edək ki, bundan əvvəl “istəkli ölkələr koalisiyası” Ukraynada mümkün atəşkəs xətti boyunca ərazilərə nəzarət etmək üçün “kreativ” ssenariləri müzakirə etməyə başlayıb. Makron daha əvvəl bildirmişdi ki, bu koalisiya Ukrayna münaqişəsi bitdikdən sonra ön xəttdən uzaq ikinci xəttdə öz hərbi kontingentini yerləşdirə bilər.

























