image-reklam-veteninfo
image-1backend

Malayziyada qaz kəmərindəki yanğında 112 nəfər xəsarət alıb

image-reklam-veteninfo

Malayziyada qaz kəmərində baş verən yanğın nəticəsində azı 112 nəfər xəsarət alıb, onlardan 63-ü xəstəxanaya yerləşdirilib. Vətəninfo.az CGTN-ə istinadən xəbər verir ki, yanğın nəticəsində 49 evə ziyan dəyib.

Yanğına səbəb olan partlayış paytaxt Kuala-Lumpur yaxınlığında baş verib. İlkin məlumata görə, hadisəyə səbəb qaz sızması olub.

Bəzi sakinlər partlayışın baş verdiyi ərazidəki evlərdə qalıb. Hazırda orada xilasetmə işləri aparılır. Yanğınsöndürmə xidmətinin proqnozlarına görə, yanğının tam söndürülməsinə təxminən dörd saat vaxt lazım olacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki