image-64bf5733d04d5backend

Malidә terror aktları nәticәsindә 17 nәfәr ölüb

image-reklam_sirab_01

Malidə törədilən 2 terror aktı nəticəsində 17 nəfər həlak olub

Vətəninfo.az xəbər verir ki, naməlum silahlı şəxslər ölkənin Bandiaqara şəhərinə hücum ediblər. Hadisə nəticəsində 15 nəfər ölüb, 3 nəfər yaralanıb.

Digər tərəfdən, Bandiaqara yaxınlığında motosikletin minaya düşməsi nəticəsində iki nəfər ölüb.

Sahel bölgəsindəki Burkina Faso, Mali və Niger son illərdə terror təşkilatı Əl-Qaidə və DEAŞ-a tabe olan qruplaşmaların hücumlarına məruz qalır.

2013-cü ildən bəri Malidəki xarici hərbi missiyalara baxmayaraq, ölkədəki terror təşkilatları hücumlarını davam etdirir.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki