image-1backend

Mandatlarından imtina edənlər Bidzina İvanişviliyə müraciət etdi

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, Gürcüstanın parlament seçkilərində baryeri keçən, lakin parlamentin legitimliyini tanımayan 4 müxalifət siyasi birliyi mandatlarından imtina edib, birgə bəyanat yayıb.

Tərəflər birbaşa hakim “Gürcü arzusu” partiyasının təsisçisi və fəxri prezidenti Bidzina İvanişviliyə müraciət ediblər ki, onların fikrincə, Gürcüstanda böhrandan çıxmaq üçün onların yerinə yetirilməsi zəruridir.

Müxalifət aksiyalar zamanı həbs olunan bütün siyasi məhbusların dərhal azadlığa buraxılmasını və onlara qarşı bütün işlərə xitam verilməsini, yeni, müstəqil seçki qurumu tərəfindən keçiriləcək yeni parlament seçkilərinin təyin edilməsini, hüquq-mühafizə orqanlarının siyasi neytrallığını tələb edir.

“Gürcüstanın qələbəsi və bizim azadlığımız qaçılmazdır”. – müxalif siyasi partiyaların birgə bəyanatında deyilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image