Vətəninfo.az xəbər verir ki, MAQATE-nin baş direktoru Rafael Qrossi deyib ki, İranın nüvə proqramının dinc xarakter daşıdığını təsdiq etmək üçün MAQATE ilə əməkdaşlıq etmək vacibdir, xüsusilə diplomatik səylərin həlledici olduğu bir vaxtda bu olmalıdır.
MAQATE-nin baş direktoru özünün X səhifəsində yazıb: “İrana qısa səfərim zamanı xarici işlər naziri Əraqçi ilə görüşmək vacib idi. MAQATE ilə əməkdaşlıq diplomatiyanın böyük ehtiyac olduğu bir vaxtda İranın nüvə proqramının dinc xarakter daşıması barədə etibarlı təminat vermək üçün vacibdir”.
MAQATE-nin baş direktorunun əvvəlki səfəri 2024-cü ilin noyabrında baş tutub.
Agentlik rəhbərinin səfəri İran və ABŞ arasında Omanın vasitəçiliyi ilə aparılan dolayı danışıqlar fonunda baş tutub. Birinci tur aprelin 12-də Omanın paytaxtı Maskatda, ikinci tur isə Omanın vasitəçiliyi ilə aprelin 19-da Romada keçirilib.