Marko Rubio ABŞ-ın yeni dövlət katibi oldu
Yanvarın 20-də ABŞ Senatı respublikaçı senator Marko Rubionun ölkənin dövlət katibi vəzifəsinə namizədliyini yekdilliklə təsdiqləyib. Vətəninfo.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Rubioya 99 senator səs verib. Donald Trampın inauqurasiyasından sonra Rubio yeni administrasiyanın Senat tərəfindən təsdiqlənən ilk namizədi olub.
53 yaşlı Rubio, Reuters-in məlumatına görə, Çini ciddi tənqid edən və İsrailin tərəfdarıdır. Təsdiq dinləmələri zamanı o, ABŞ-ın Çindən daha çox asılılığın qarşısını almaq üçün siyasət istiqamətini dəyişdirməli olduğunu bildirib. Rubio həmçinin Amerika maraqlarına əsaslanan güclü xarici siyasət vəd edib.
ABŞ-ın yeni dövlət katibi də bəyan edib ki, ABŞ-ın siyasəti Ukraynada davam edən müharibəni dayandırmaq olmalıdır və razılığa gəlmək üçün həm Moskvadan, həm də Kiyevdən güzəştə ehtiyac olduğunu vurğulayıb.
Rubionun valideynləri Kubadan olan mühacirlərdir. o, ABŞ diplomatı postunu tutan ilk Latın Amerikası köklü şəxsdir.