Donald Tramp administrasiyasında ABŞ dövlət katibi vəzifəsinə namizəd Marko Rubio bildirib ki , Ukrayna silahlı qüvvələrinin Rusiya qoşunlarını işğal xəttinə geri çəkə biləcəyinə inanmaq real deyil və Kiyev güzəştə getməlidir .
Vətəninfo.az xəbər verir ki, bu barədə senator Marko Rubio Senatda yanvarın 15 – də onun namizədliyinin təsdiqinə həsr olunmuş dinləmələrdə məlumat verib .
Tramp Ukraynada təxminən üç ildir davam edən müharibəni tez bir zamanda bitirəcəyini vəd edərək Kiyevi ərazilərini heç olmasa müvəqqəti olaraq Moskvaya verməyə məcbur edəcəyi ilə bağlı qorxuları artırmışdı . Hazırda Rusiya Ukrayna ərazisinin təxminən 20 faizinə nəzarət edir .
Amerika kəşfiyyatının məlumatına görə , 2022-ci ildə fevralın 24- də başlayan genişmiqyaslı işğaldan bəri Rusiya 700.000 – dən çox əsgərini itirib , yaralanıb və ölüb .
” Ukraynanın pulu tükənmir , xalqı tükənir ” deyə senator bildirib.