Amerikalı milyarder və iş adamı İlon Maska məxsus SpaceX Pentaqona kosmik gəmilərin buraxılması üzrə xidmət göstərən şirkətlər arasında liderə çevrilib.Vətəninfo.az xəbər verir ki, bu barədə Aviation Week məlumat yayıb. Maskın şirkəti beləliklə, əsas rəqibi, Boeing və Lockheed Martin arasında birgə müəssisə olan United Launch Alliance-ı (ULA) qabaqlaya bildi.
ABŞ Kosmik Qüvvələrinin planlarına görə, 2027-ci ilə qədər ümumi dəyəri 13,7 milyard dollar olan 54 missiya yerinə yetirilməlidir. Onların əksəriyyətini – ümumi dəyəri 5,9 milyard dollar olan 28 missiyanı SpaceX həyata keçirəcək. ULA ümumi dəyəri 5,3 milyard dollar olan 19 missiyaya başlayacaq. Üçüncü yerdə dünyanın ən zəngin insanlarından biri olan Ceff Bezosa məxsus Blue Origin şirkəti qərarlaşıb. O, ümumi dəyəri 2,4 milyard dollar olan 7 missiya yerinə yetirəcək.