Dünyanın ən varlı adamı olan amerikalı sahibkar İlon Mask Osloda keçiriləcək işgüzar şam yeməyinin bahalı olması səbəbindən ondan imtina edib.Vətəninfo.az xəbər verir ki , bu barədə Norveçin “E24” nəşri məlumat yayıb.
Norveç neft fondunun Norges Bank Investment Management rəhbəri Nikolay Tangen Maskı tədbirə dəvət edib.
“O (red.: İlon Mask) dedi ki, onun üçün iştirak etmək çətin və bahalı olacaq”, – nəşr neft fondunun kommunikasiyalar departamentinin direktoru Marta Skaaridən sitat gətirir.
Nəşr bildirir ki, Mask əvvəlcə şam yeməyinə getməkdə qərarlı olsa da, sonra iki iş adamı arasında münasibətlər pisləşib.
2025-ci ildə Osloda Aprelin 28-də keçiriləcək şam yeməyinə Ferrari, Novo Nordisk, Nestle, DoorDash, Adidas və digər şirkətlərin baş direktorları da dəvət olunub.
Bloomberg-in milyarderlər reytinqinə əsasən, İlon Maskın sərvəti 242 milyard dollardır.